525.Az

Zakir Həsənov: “Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının uğurla inkişaf edəcəyinə əminəm”


 

Zakir Həsənov: “Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının uğurla inkişaf edəcəyinə əminəm”<b style="color:red"></b>

“Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan da eyni dəstəyi Gürcüsan tərəfindən bütün beynəlxalq qurumlarda görür: “Görüş çərçivəsində ikitərəfli əməkdaşlıq planı imzalanıb. Sənəddə birgə təlimlər və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub”.

Z.Həsənov Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlığın uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

 





21.01.2020    çap et  çap et