525.Az

Məzahir Pənahov: “Növbədənkənar parlament seçkilərlə bağlı MSK-ya 32 müraciət daxil olub”


 

Məzahir Pənahov: “Növbədənkənar parlament seçkilərlə bağlı MSK-ya 32 müraciət daxil olub”<b style="color:red"></b>

“Son bələdiyyə seçkiləri ilə bağlı şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisə olunmaz dərəcədə azalıb və Milli Məclisə seçkilərlə əlaqədar da bunun şahidi olacağıq”.

APA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

M. Pənahov hesab edir ki, indiyə qədər növbədənkənar parlament seçkilərlə bağlı MSK-ya 32 müraciət daxil olub: “Bu da aparılan tədbirlərin nəticəsində əldə edilib”.

 





22.01.2020    çap et  çap et