“Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmişəm. Bilirəm ki, seçkilərin şəffaf keçirilməsi üçün ölkədə ciddi işlər aparılır”.
Bunu secki-2020.az saytına açıqlamasında İsrailin Aşdod şəhər merinin müavini Eli Naxt deyib.
Parlament seçkilərinin də şəffaf və yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edən E.Naxt bildirib ki, Azərbaycan ilə İsrail arasında münasibətlər uğurla inkişaf etdirilir.
“Bu münasibətlərin inkişafında parlamentlərarası əlaqələr də mühüm rola malikdir. Əminəm ki, əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək”,- deyə E.Naxt bildirib.