525.Az

Azərbaycan Universitetlərində əməkdaşlığın yeni mərhələsi


 

Azərbaycan Universitetlərində əməkdaşlığın yeni mərhələsi<b style="color:red"></b>

Yanvarın 16-18-də Bakı Biznes Universitetində koordinatoru olduğu "Azərbaycan Universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi" adlı Erasmus+ layihəsi çərçivəsində konfrans keçirilib.

Konfransda layihənin tərəfdaşı olan Azərbaycan Universitetlərindən Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texnologiya Universiteti, Naxçıvan Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Odlar Yurdu Universiteti, Gəncə Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin rektorları və prorektorları, həmçinin, İngiltərədən olan layihə üzrə ekspert Corc Dafolas iştirak edib.

Konfransı giriş sözü ilə Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov tədbirin aktuallıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Konfransda universitetlər arasında tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, kreditlərin tanınması, ortaq konfransların, simpoziumların təşkil edilməsi məsələləri müzakirə edilib və layihənin davamlılığının təmin edilməsi üçün qeyd edilən məsələlər üzrə bütün tərəfdaş universitetlər arasında əməkdaşlıq müqavilələri imzalanıb. Konfransın davamı olaraq Bakı Biznes Universitetində tələbəyönümlü təhsillə bağlı tədbirin keçirilməsi nəzərdə tutulub.

S.QARAYEVA

 





22.01.2020    çap et  çap et