525.Az

Qanlı Yanvar qurbanlarının xatirəsinə simfonik musiqi proqramı


 

Qanlı Yanvar qurbanlarının xatirəsinə simfonik musiqi proqramı <b style="color:red"></b>

Yanvarın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş simfonik musiqi proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Xalq artisti Rauf Abdullayevin bədii rəhbəri olduğu konsert proqramında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.

Anım tədbirində Mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Vətənpərvərlik ruhunda bəstələnmiş əsərlərdən ibarət konsert proqramında Qara Qarayevin "Matəm odası", "İldırımlı yollarla" baletindən fraqmentlər, Soltan Hacıbəyovun "Karvan" simfonik lövhəsi, Azər Rzayevin "Bakı 90" simfoniyası səsləndirilib.

Simfonik musiqidən təsirlənən tamaşaçılar Qanlı Yanvar hadisələrinin hüzn və kədərini sanki yenidən yaşayıblar.

 





22.01.2020    çap et  çap et