525.Az

"Nə qədər mənasız, gərəksiz dost var!.."


 

"Nə qədər mənasız, gərəksiz dost var!.."<b style="color:red"></b>

Yevgeni YEVTUŞENKO
BELLA AXMADULİNAYA

Səyavuş Məmmədzadənin tərcüməsində

Ömür-gün dəyişir, sanki tərsinə -
Köhnə dost uyuşmur mənim tərzimə,
Gündəlik get-gəlin sıx axınında
Deyəsən, mən daha düşmürəm yada...
Avara qancıqlar dəyir gözümə,
Qoşa əllər qonur hərdən çiynimə,
Candərdi dözürəm hər cür him-cimə,
Hər gələn təcavüz edir qəlbimə,
İçimdə olanın yeri daralır,
Axırda asudə günüm qaralır.
Bəs indi neyləsin? Haraya getsin?
Özü də özgəyə təcavüz etsin?!
Qovulmuş, məkanı tutulmuş eşqim
Gözaltı olsa da, bəs hədəfin kim?..

Ah, nə qədər artıq, ifrat qəmiş var
Nə qədər mənasız, gərəksiz dost var!
Gəl ey qadir insan,
poz yadların tifaqını,
Kəs doğmaların zor fərağını!

 





23.01.2020    çap et  çap et