525.Az

DİM “Yüksəliş” müsabiqəsində iştirak edəcək namizədlərə müraciət edib


 

DİM “Yüksəliş” müsabiqəsində iştirak edəcək namizədlərə müraciət edib<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi (DİM) “Yüksəliş” müsabiqəsində iştirak edəcək namizədlərə müraciət edib.

Mərkəzdən APA-ya verilən xəbərə görə, “Yüksəliş” müsabiqəsində qeydiyyat mərhələsini uğurla başa vuran iştirakçılar onlayn seçim mərhələsində iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların tələb olunan intellektual biliklərə sahib olması, idarəçi olmaq üçün lazımi xüsusiyyətləri əhatə edən şəxsi keyfiyyətləri qiymətləndirilir. Onlayn test tapşırıqları iki hissəyə bölünməklə ümumi biliklər (Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi, coğrafiyası, hüquq və iqtisadiyyatı) və qabiliyyət testləri (verbal və rəqəmsal məlumatların təhlili, mücərrəd düşüncə, düşüncə sürəti) formatında keçiriləcək.

DİM imtahanlara hazırlaşmaq üçün müvafiq proqram və ədəbiyyat siyahısını açıqlayıb.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün qeydiyyat 2020-ci il 2 fevral saat 18.00-dək davam edəcək. Müsabiqə haqqında ətraflı məlumatı yukselish.az saytından əldə etmək olar.

 





24.01.2020    çap et  çap et