525.Az

Corc Dik: “Azərbaycanda səfir olmaqdan qürur duyuram”


 

Corc Dik: “Azərbaycanda səfir olmaqdan qürur duyuram”<b style="color:red"></b>

“Dost ölkə və strateji tərəfdaşımız olan Azərbaycanda səfir olmaqdan qürur duyuram. Bütün dinlərin nümayəndələri təhlükəsiz şəraitdə Azərbaycanda yaşayırlar”.

APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Azərbaycanda olduğum üçün xoşbəxtəm. Martın 2-də İsraildə keçiriləcək seçkilərin nəticəsindən asılı olmayaraq, ölkələrimiz arasında münasibətlər daha da güclənəcək. Milli Məclisin sədri bu günlərdə İsraildə səfərdə olub və o, Dünya Holokost Forumunda iştirak edib. Bu forumda 100-ə yaxın ölkədən nümayəndə iştirak edib. Azərbaycan bu forumda təmsil olunan azsaylı müsəlman ölkələrindən biridir. Bu, sübut edir ki, Azərbaycan yəhudi xalqının dostudur. Bizim münasibətlərimiz strateji xarakter daşıyır”, - deyə C. Dik vurğulayıb.

 





24.01.2020    çap et  çap et