525.Az

Şarl Mişel və Ursula von der Leyen “Brexit” sazişini imzalayıblar


 

Şarl Mişel və Ursula von der Leyen “Brexit” sazişini imzalayıblar<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula von der Leyen “Brexit” sazişini imzalayıblar.

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti özünün “Twitter” hesabında bildirib.

Dəyişikliklərin qaçılmaz olduğunu vurğulayan Ş. Mişel tərəflər arasında dostluq münasibətlərinin davam edəcəyinə inamını ifadə edib.

“Bu gün von der Leyenlə birgə sazişi imzaladıq. Dəyişikliklər qaçılmazdır, lakin dostluğumuz qalacaq. Tərəfdaş və müttəfiq kimi yeni mərhələyə başlayırıq”, - deyə Ş. Mişel qeyd edib.

Xatırladaq ki, bundan əvvəl “Brexit” sazişi Böyük Britaniya parlamentinin İcmalar Palatası və Lordlar Palatası, daha sonra isə kraliça II Elizabet tərəfindən təsdiqlənib. Böyük Britaniya 31 yanvarda Avropa İttifaqını tərk edəcək.

 





24.01.2020    çap et  çap et