525.Az

Yeni “ASAN xidmət” mərkəzləri açılacaq - Siyahı


 

Yeni “ASAN xidmət” mərkəzləri açılacaq - <b style="color:red">Siyahı </b>

“Bu il Kürdəmir, Ağcabədi, Tovuz, Balakən və Bakı şəhərində "ASAN xidmət" mərkəzlərinin açılması nəzərdə tutulur”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri (“ASAN xidmət”) Ülvi Mehdiyev deyib.

O qeyd edib ki, Sumqayıt və Gəncədə də əlavə “ASAN xidmət” mərkəzlərinin tikintisinə başlanılacaq.

“Eyni zamanda, Salyan və Lənkəranda da "ASAN Xidmət" mərkəzlərinin tikintisi planlaşdırılır”, - deyə Ü. Mehdiyev vurğulayıb.

 





25.01.2020    çap et  çap et