525.Az

Bakıda vulkanın qazpaylayıcı stansiya üçün təhlükə yaratdığı müəyyənləşib


 

Bakıda vulkanın qazpaylayıcı stansiya üçün təhlükə yaratdığı müəyyənləşib<b style="color:red"></b>

Otmanbozdağ vulkanının təhlükə riski tədqiq olunub.

AMEA-dan APA-ya verilən məlumata görə, Akademiyanın  Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Qaradağ rayonunda yerləşən Azərbaycanın ən iri və aktiv palçıq vulkanlarından olan Otmanbozdağın təhlükə riskini tədqiq ediblər.

Tədqiqatlar “Norm” MMC ilə institut arasında imzalanmış müqaviləyə əsasən baş tutub. Belə ki, vulkanın 2017 və 2018-ci illərdə iki fazalı püskürməsi qeydə alınıb və bu da vulkan sahəsində yerləşən “Norm” MMC-yə məxsus qazpaylayıcı stansiya üçün təhlükə riskini formalaşdırıb.

Tədqiqatlar zamanı Otmanbozdağın yerləşdiyi sahənin gərginlik vəziyyəti qiymətləndirilib, yer qabığının, eləcə də tektonik dislokasiyaların hərəkət istiqamətləri müəyyən edilib. Paroksizm nəticəsində xaric olunan palçığın axma sürəti hesablanıb, şərq və qərb eruptiv mərkəzlərindən tullanan brekçiyanın potensial axma istiqamətləri üçün qanunauyğunluq müəyyənləşdirilib, həmçinin onların maksimal hərəkət sərhədləri göstərilib.

Kompleks tədqiqatlar nəticəsində potensial risk qiymətləndirilib və qazpaylayıcı stansiyanın yerinin dəyişdirilməsi tövsiyə olunub.

 





27.01.2020    çap et  çap et