525.Az

Muğam Mərkəzində yeni layihə - “Muğam. Nəsillərdən nəsillərə”


 

Muğam Mərkəzində yeni layihə - “Muğam. Nəsillərdən nəsillərə”<b style="color:red"></b>

Yanvarın 30-da Beynəlxalq Muğam Mərkəzində “Muğam. Nəsillərdən nəsillərə” adlı yeni layihənin təqdimatı olacaq.

AZƏRTAC xəbər verir ki, gecədə Əməkdar artist Firuz Səxavət, Əməkdar incəsənət xadimi aşıq Ədalət Dəlidağlı ilə eyni səhnəni gənc xanəndə Malik Həsənov bölüşəcək.

Layihə gənc ifaçılara dəstək məqsədi daşıyır. Gələcəkdə layihə təkcə solo deyil ifaçılıq sənətinin müxtəlif sahələrini əhatə edərək bir-birindən maraqlı buraxılışlarla musiqisevərlərin görüşünə gələcək.

 





27.01.2020    çap et  çap et