525.Az

Sumqayıtda avtomobil yollarının təmirinə 6,4 milyon manat ayrılıb


 

Sumqayıtda avtomobil yollarının təmirinə 6,4 milyon manat ayrılıb<b style="color:red"></b>

Prezident İlham Əliyev Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon (altı milyon dörd yüz min) manat ayrılıb.

 





27.01.2020    çap et  çap et