525.Az

“İrəli” gəncləri Trabzonda keçirilən mübadilə proqramında


 

“İrəli” gəncləri Trabzonda keçirilən mübadilə proqramında  <b style="color:red"></b>

"İrəli” İctimai Birliyinin Türkiyənin “FuturEurope” təşkilatı ilə tərəfdaşlığı nəticəsində gənc fəallar, birliyə üzv olan gənclər davamlı olaraq Türkiyənin Trabzon şəhərində keçirilən mübadilə proqramında (Revival of Cultural Arts) iştirak edirlər.

Layihənin mövzusu müasirləşən dünyada qədim incəsənət mədəniyyəti  nümunlərinin öz tarixiliyini qoruyub saxlamasına dəstək olmaq, qədim bir tarixə dayanan yorğançılıq, xalçaçılıq, dulusçuluq, zərgərlik kimi əmək nümunələrinin yaddan çıxmaması, bu sənətlərin müasir dövrdə də yaşamasına nail olmaqdır.

Layihə çərçivəsində yerli nümayəndələr ilə görüşlər, müvafiq mövzuda seminarlar, diskusiyalar, ekskursiyalar təşkil olunub.

Birliyin gənc fəalları Azərbaycanın mədəniyyət gecəsi zamanı milli rəqslərimizi, milli mətbəximizi, mədəniyyətimizi layihə iştirakçılarına təqdim etməklə yanaşı,  tariximizi əks etdirən suvinerlər də hədiyyə ediblər.

Mübadilə proqramında 5 ölkə - Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan və Portuqaliyadan ümumilikdə 50-dən çox gənc iştirak edir

 





27.01.2020    çap et  çap et