525.Az

Ağsu sakinləri üçün ödənişsiz tibbi aksiya təşkil edildi


 

Ağsu sakinləri üçün ödənişsiz tibbi aksiya təşkil edildi<b style="color:red"></b>

“AZE Medical Center” bölgələrdə başladığı ödənişsiz tibbi aksiyalarına Ağsu rayonu ilə start verib.

Yanvarın 26-da klinika ilk olaraq Ağsu rayonunun Çiyni kəndinin sakinləri üçün xeyriyyə aksiyası keçirib.

Xeyriyyə aksiyasında müxtəlif ixtisaslı yerli və xarici həkimlər (pediatr, pulmonoloq, kardioloq, endokrinoloq, ümumi cərrah, damar cərrahı, uroloq-androloq) Ağsunun əksər kəndlərindən və Ağsu şəhərindən müraciət etmiş insanları müayinə ediblər. Həmçinin, aksiyada iştirak edən vətəndaşlara USM və bütün laborotoriya xidmətləri də ödənişsiz həyata keçirilib.

Qeyd edək ki, aksiyadan 200-ə yaxın insan yararlanıb. “AZE Medical Center” bu xeyriyyə aksiyalarını növbəti həftələrdə ölkəmizin digər bölgələrində də davam etdirəcək.

 





27.01.2020    çap et  çap et