525.Az

Qazaxıstan səfiri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib


 

Qazaxıstan səfiri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib<b style="color:red"></b>

Yanvarın  27-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov ilə Fondda görüş keçirib.

Görüşdə G.Əfəndiyeva Fondun son illər ərzində həyata keçirdiyi layihə və tədbirlərdən söz açaraq gələcək planlardan ətraflı danışıb. O, Fondun əsas məqsədlərindən biri olan türk dünyasının mədəni irsinin daha geniş arenada tanıtmaq və dünya auditoriyasına  təqdim etmək üçün bir çox yeni layihələr üzərində aparılan işlərdən bəhs edib. O, bu il Qazaxıstanda bir çox tarixi hadisələrin və görkəmli şəxsiyyətlərinin yubileylərini qeyd edilməsi ilə bağlı, Fondun bu istiqamətdə nəzərdə tutduğu tədbirlərdən söz açıb.
 
S.Abdıkarimov Fondun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqi istiqamətində fəaliyyətinin əhəmiyyətini vurğulamış, yaxın gələcəkdə Qazaxıstan ilə birgə layihələrin keçirilməsinə dəstəyini ifadə etmişdir. S.Abdıkarimov Qazaxıstanda  multikultural dəyərlərə böyük önəm verildiyini,  türk dünyasının  mədəniyyətini və irsini  geniş şəkildə təbliğ edilməsinin önəmini qeyd etmişdir. O, həmçinin Fondun bu dəyərləri mühafizə və təbliğ etmək istiqamətində gördüyü işləri yaxından izlədiyini və bu istiqamətdə Fonda dəstək olmağa hər zaman hazır olduğunu qeyd edib. 

Görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Səfirlik arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri qarşılıqlı müzakirə edilib. 

 





28.01.2020    çap et  çap et