525.Az

“BakıKart” sisteminə keçəcək növbəti avtobuslar məlum olub


 

“BakıKart” sisteminə keçəcək növbəti avtobuslar məlum olub<b style="color:red"></b>

Yanvarın 30-dan 67 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar “BakıKart” sisteminə keçdikdən sonra növbədə 77 və 26 nömrəli avtobuslar olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

O bildirib ki, fevraldan isə avtobusların “BakıKart”a inteqrasiyası daha da sürətlənəcək. Bu ilin birinci yarısınadək “BakıKart” sisteminə keçid prosesinin yekunlaşması gözlənilir.

 





28.01.2020    çap et  çap et