525.Az

Zöhrab Mnatsakanyan Cenevrədə həmsədrlərlə görüşüb


 

Zöhrab Mnatsakanyan Cenevrədə həmsədrlərlə görüşüb<b style="color:red"></b>

Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk Qrupu həmsədrləri ilə Cenevrədə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan "Twitter" səhifəsində qeyd edib.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.

Qeyd edək ki, bu gün Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü keçiriləcək.

 

 





29.01.2020    çap et  çap et