525.Az

"China Southern Airlines" Bakıya uçuşları dayandırıb


 

"China Southern Airlines" Bakıya uçuşları dayandırıb<b style="color:red"></b>

"China Southern Airlines" aviaşirkəti Quançjou-Bakı-Quançjou birbaşa sərnişin aviareysi üzrə uçuşları dayandırıb.

Bu barədə "APA-Economics"ə şirkətin Bakıdakı ofisindən bildirilib.

Məlumata görə, buna səbəb Çində tüğyan edən koronavirus olub: "Quançjou-Bakı aviareysi cari ilin aprel ayının 1-dək dayandırılıb. Sözügedən reys üzrə uçuşların bərpa olunmasının dəqiq tarixi bilinmir".

Xatırladaq ki, Çində koronavirusdan ölənlərin sayı 132 nəfərə çatıb, ümumilikdə isə təxminən 6 min nəfər bu virusa yoluxub.

 

 





29.01.2020    çap et  çap et