525.Az

Xaricdən Azərbaycana qayıtmış şəxslərə avtomobillər bağışlanıb


 

Xaricdən Azərbaycana qayıtmış şəxslərə avtomobillər bağışlanıb<b style="color:red"></b>

BMqT-nin Azərbaycandakı nümayəndəliyi Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində Niderland Krallığından könüllü mənşə ölkəsinə qayıtmış şəxsləri reinteqrasiya yardımı ilə təmin edib.

BMqT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya bildirilib ki, layihə çərçivəsində könüllü qayıtmış şəxslər BMqT-nin dəstəyi ilə gəlir gətirən fəaliyyət növü kimi taksi xidmətinin göstərilməsi məqsədi ilə müvafiq avtomobilləri satın alıblar.

BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda İsveçrə, Belçika, Almaniya, Macarıstan, İtaliya, Hollandiya, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir. Ayrılmış reinteqrasiya yardımı kiçik biznesin qurulması, mövcud biznesə sərmayə qoyulması, təhsilin artırılması, habelə müvəqqəti mənzil təminatı üçün istifadə edilə bilər.

 





29.01.2020    çap et  çap et