525.Az

Peyk xidmətinin ixracı ötən il kəskin artırılıb


 

Peyk xidmətinin ixracı ötən il kəskin artırılıb<b style="color:red"></b>

Ötən il "Azərkosmos" ASC tərəfindən dünyanın 27 ölkəsinə 43,4 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

"APA-Economics"in xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorun müavini Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, "Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88%-ni təşkil edib.

"Ötən ilin dekabr ayında "Azərkosmos" ASC dünyanın 22 ölkəsinə 2,9 mln. ABŞ dolları dəyərində xidmət ixrac edib. "Azərkosmos" ASC-nin 2019-cu ildə xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Birləşmiş Krallıq, Malayziya və Birləşmiş Ərəb Əmirlikləridir", - deyə R. Hüseyn bildirib.

Qeyd edək ki, 2018-ci illə müqayisədə 2019-cu ildə peyk xidmətinin ixracında 70% artım müşahidə olunub.

 





29.01.2020    çap et  çap et