525.Az

Fransalı yazıçı: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən bütün dünya xəbərdar olmalıdır


 

Fransalı yazıçı: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən bütün dünya xəbərdar olmalıdır<b style="color:red"></b>

Azadlıq qanla qazanılır. Bütün xalqların tarixində azadlıq məhz belə qazanılıb. Azərbaycan xalqı da azadlığını öz qanı bahasına əldə edib. 20 Yanvar faciəsi zamanı günahsız insanların qanı axıdıldı və həmin gün ölkə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldı.

Bu fikirləri Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə təşkil edilmiş konfransın iştirakçısı, fransalı tarixçi və yazıçı Jerar Kardon AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, günahsız insanların qanı axıdılan 20 Yanvar hadisələrini bütün dünyaya çatdırmaq lazımdır.

“Mən yazıçıyam və hesab edirəm ki, faciədən bəhs edən kitablar yazılmalı, müxtəlif dillərə tərcümə edilməlidir. Sənədli və bədii filmlər çəkilməlidir. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən bütün dünya xəbərdar olmalıdır”, - deyə J.Kardon diqqətə çatdırıb.

 





29.01.2020    çap et  çap et