525.Az

BDU-da Cahangir Məmmədlinin 78 illiyi münasibətilə tədbir təşkil olunub


 

BDU-da Cahangir Məmmədlinin 78 illiyi münasibətilə tədbir təşkil olunub<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) "Jurnalistika" fakültəsində professor, Prezident təqaüdçüsü Cahangir Məmmədlinin 78 illiyi münasibətilə tədbir təşkil olunub.

Tədbirə toplaşanlar Azərbaycan mətbuat tarixi və jurnalistikasının sadiq tədqiqatçılarından olan alimin fəaliyyətinin müxtəlif istiqamətlərinə nəzər salıblar.

Qeyd olunub ki, Cahangir Məmmədli 1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən bu fakültədə müəllimlik fəaliyyətinə başlayıb. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində çalışır. Çıxış edənlər Cahangir müəllimin nəcib insani keyfiyyətlərindən danışıblar. O, həmişə zəhmətsevərliyi, çalışqanlığı, elmə sadiqliyi ilə seçilib və bu xüsusiyyətləri pedaqoji fəaliyyəti ərzində tələbərinə də aşılamağa çalışıb. 250 elmi, 1300 publisistik məqalənin müəllifi olan alimin ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabı nəşr olunub. Cahangir Məmmədli bu gün də yorulmadan təcrübəsini və biliklərini gənclərlə bölüşür, mətbuatın müasir inkişaf meylləri və dünya mediasında gedən prosesləri yaxından izləyir.

S.QARAYEVA

 





29.01.2020    çap et  çap et