525.Az

“İçərişəhər” Qoruq İdarəsi daha bir tarixi abidənin bərpasını başa çatdırıb


 

“İçərişəhər” Qoruq İdarəsi daha bir tarixi abidənin bərpasını başa çatdırıb<b style="color:red"></b>

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi daha bir tarixi abidənin - Şah Ovdanın bərpasını başa çatdırıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, bərpa işləri qurumun Elmi-İstehsalat Bərpa Emalatxanası və Mənzil-Kommunal və Təmir Xidməti tərəfindən aparılıb. Hazırda isə Ovdanın ətraf meydançasında son kosmetik təmir-bərpa işləri aparılır.

Təmir-bərpa işlərinin tam olaraq başa çatmasından sonra Şirvanşahlar Sarayı Kompleksi ekspozisiyasının bir hissəsi olan Ovdanın Şah hamamı ilə birlikdə tam şəkildə muzeyin iş saatlarında fəaliyyət göstərməsi və Saray Kompleksinin ekskursiya mətninə daxil edilərək turistlərə təqdim edilməsi planlaşdırılır.

Qeyd edək ki, XV əsrə aid olan Şah Ovdan (1417-1465) ötən əsrin 30-40-cı illərinədək fəaliyyət göstərib.

 





01.02.2020    çap et  çap et