525.Az

Zabit Səmədovdan Tamam Cəfərovaya dəstək - Foto


 

Zabit Səmədovdan Tamam Cəfərovaya dəstək - <b style="color:red">Foto</b>

Azərbaycanın dünya şöhrətli idmançısı Zabit Səmədov 85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Tamam Cəfərovaya dəstək məqsədilə Şamaxıda gənc idmançılarla görüşüb.

Trend-in məlumatına görə, görüşdə Tamam Şaməmməd qızı Cəfərovanın seçki platformasında əks olunan gənclərlə bağlı görüləcək mühim işlərdən danışılıb.

Zabit Səmədov 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərində Şamaxı sakinlərini deputatlığa namizəd Tamam Cəfərovaya dəstək olmağa çağırıb.

Görüşdə tanınmış müğənni, bəstəkar Ramal İsrafilov da iştirak edib və o da öz növbəsində şamaxılıları növbədənkənar parlament seçkilərində deputatlığa namizəd Tamam Cəfərovaya səs verməyə çağırıb.

 





02.02.2020    çap et  çap et