525.Az

Çində koronavirusa yoluxmuş hamilə qadın sağlam uşaq dünyaya gətirib


 

Çində koronavirusa yoluxmuş hamilə qadın sağlam uşaq dünyaya gətirib<b style="color:red"></b>

Çinin şimal-şərqindəki Xeyloncian vilayətində koronavirusun yeni növünə yoluxmuş hamilə qadın körpəsini dünyaya gətirib.

AZƏRTAC vilayətin səhiyyə komissiyasının məlumatına istinadla xəbər verir ki, doğuş normal keçib. Həkimlər doğuş zamanı qadının səhhətinin pisləşmək ehtimalını nəzərə alaraq doğuşun Qeysəriyyə əməliyyatı ilə aparılmasına qərar veriblər.

Çəkisi 3 kiloqram olan körpə qızın səhhəti yaxşıdır. Həkimlər Apqar şkalası ilə (yeni doğulmuş uşağın klinik vəziyyətini qiymətləndirmək üçün tətbiq olunan sistem) onun vəziyyətini ən yüksək - 10 balla qiymətləndiriblər. İki dəfə test edilən körpədə koronavirus aşkarlanmayıb.

Yanvarın 30-da baş tutan doğuşdan sonra ana və körpə xəstəxanada nəzarət altında saxlanılır. Əməliyyatda iştirak etmiş bütün tibb işçilərinin virusa yoluxmasını öyrənmək üçün onlar təcrid olunublar.

 





03.02.2020    çap et  çap et