525.Az

Qənirə Paşayeva "Ezel"lə görüşüb (FOTOLAR)


 

Qənirə Paşayeva "Ezel"lə görüşüb<b style="color:red"> (FOTOLAR)</b>

Millət vəkili Qənirə Paşayeva Tükiyənin məhşur film yapımçısı, yönətməni və ssenaristi Osman Sınav və xanımı, eyni zamanda bəzi filmlərinin ssenaristi Tangül Sınavın dəvəti ilə Osman Sınavın çəkdiyi “Uzun Hekayə” filminin galasında iştirak edib.

525.az-ın məlumatına görə, filmə baxışdan sonra Qənirə Paşayeva filmin yönətməni Osman Sınavı, baş rol oyunçuları Kənan İmirzalıoğlunu, Tuğce Kazazı və digərlərini təbrik edərək filmin ona böyük təsir etdiyini deyib.

Filmin mövzusunun maraqlı və aktual olduğunu deyən millət vəkili yüksək səviyyədə çəkilən və oyunçuların gözəl oyunları ilə daha da təsirli alınan filmin tamaşaçılar tərəfindən rəğbətlə qarşılanacağına inandığını deyib.

Bu “Uzun hekayə” də hər kəs öz həyatından bir parça görə biləcək deyən millət vəkili Qənirə Paşayeva onlara uğurlar diləyib. Filmin yönətməni və oyunçuları Qənirə Paşayevaya yüksək dəyərləndirməsi və fikirləri üçün təşəkkür ediblər.

“Türkiyə kimi Azərbaycan da sizin vətəninizdi” deyən Q. Paşayeva onları Azərbaycana dəvət edib. Onlar da Azərbaycanı sevdiklərini deyərək, dəvət təklifini məmuniyyətlə qəbul ediblər.

 





12.10.2012    çap et  çap et