525.Az

Gənclər Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət ediblər


 

Gənclər Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət ediblər<b style="color:red"></b>

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə fevralın 7-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə paytaxtın gənc fəalları, idman federasiyalarının nümayəndələri, şagirdlər və tələbələr II Fəxri xiyabana gələrək qəhrəmanın məzarını ziyarət ediblər.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, Milli Qəhrəmanın məzarına gül dəstələri düzülüb, Azərbaycanın dövlət himni oxunub.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Mübariz İbrahimovun qəhrəmanlıq rəmzi olduğunu bildirib. O, Mübariz İbrahimovun qısa, lakin şərəfli ömrünün, bənzərsiz qəhrəmanlığının hər bir azərbaycanlı üçün örnək təşkil etdiyini diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Prezidentinin şəhid ailələrinə, Qarabağ qazilərinə yüksək qayğısından, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinin daim diqqət mərkəzində saxlamasından danışılıb. Bildirilib ki, gənclərimizin ən mühüm vəzifəsi Ali Baş Komandanımızın torpaqlarımızın işğaldan azad edilməsi əmrinə hər an hazır olmaqdır.

 





07.02.2020    çap et  çap et