525.Az

Gəncə-Moskva təyyarəsi Volqoqradda məcburi eniş edib


 

Gəncə-Moskva təyyarəsi Volqoqradda məcburi eniş edib<b style="color:red"></b>

Sərnişinlərdən birinin halının pisləşməsi ilə əlaqədar olaraq "Buta Airways"in Gəncədən Moskvaya uçan J2 9817 nömrəli aviareysində hava gəmisinin kapitanı Volqoqrad aeroportunda məcburi eniş etmək qərarı alınıb.

"Buta Airways"dən "APA-Economics"ə verilən məlumata görə, reys Bakı vaxtı ilə saat 12:49-da Volqoqradda uğurlu eniş etmişdir.

Sərnişinə tibbi kömək göstərildikdən sonra təyyarənin göstərilən marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir.

 

 





10.02.2020    çap et  çap et