525.Az

Azərbaycan və Özbəkistan arasında üç sənəd imzalandı


 

Azərbaycan və Özbəkistan arasında üç sənəd imzalandı<b style="color:red"></b>

Oktyabrın 12-də prezidentlər İlham Əliyev və İslam Kərimovun iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanma mərasimi olub.

APA-nın məlumatına görə, prezidentlər “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Birgə Bəyanatı”nı imzalayıblar.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2013-2015-ci illər üzrə Əməkdaşlıq Proqramı” xarici işlər nazirləri Elmar Məmmədyarov və Abdulaziz Kamilov, “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında 2012-2015-ci illər üzrə iqtisadi əməkdaşlıq Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” isə Azərbaycan tərəfdən baş nazirin birinci müavini Yaqub Eyyubov və Özbəkistan tərəfdən baş nazirin birinci müavini - maliyyə naziri Rustam Azimov tərəfindən imzalanıb.

 





12.10.2012    çap et  çap et