525.Az

Energetika naziri Maroş Şevçoviçlə görüşüb


 

Energetika naziri Maroş Şevçoviçlə görüşüb<b style="color:red"></b>

Energetika naziri Pərviz Şahbazov Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviçlə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Maroş Şevçovic "Twitter"də bildirib.

“Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycanın Energetika naziri Pərviz Şahbazovla görüşdüm. Biz birgə olaraq enerji təhlükəsizliyinin inkişafı istiqamətində çox səy göstərmişik. Xəzər qazını Avropaya çatdırmaq istiqamətində səylərimiz son mərhələsindədir”, - deyə M. Şevçoviç qeyd edib.

 





14.02.2020    çap et  çap et