525.Az

Sergey Lavrov: Rusiya-Türkiyə münasibətləri çox yaxşı səviyyədədir


 

Sergey Lavrov: Rusiya-Türkiyə münasibətləri çox yaxşı səviyyədədir<b style="color:red"></b>

Rusiya-Türkiyə münasibətləri çox yaxşı səviyyədədir.

AZƏRTAC xəbər verir ki, bu fikri Rusiyanın Xarici İşlər naziri Segey Lavrov türk həmkarı Mövlut Çavuşoğlu ilə Münxendə keçirilən görüşü zamanı bildirib.

S.Lavrov əlavə edib ki, münasibətlərin yüksək səviyyəsi tərəflərin bütün məsələlərdə razılığa gəlmələri demək deyil. “Bizim Türkiyə ilə çox yaxşı münasibətlərimiz var. Lakin bu, o demək deyil ki, biz bütün məsələlərdə bir-birimizlə razılaşmalıyıq. Ümumiyyətlə, mən hesab edirəm ki, heç bir ölkə arasında hər hansı bir problemlə bağlı tam razılıq əldə etmək mumun deyil”, - deyə o bildirib.

Rusiya xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, əgər belə münasibətlər yaranarsa, bu, daha çox təzyiqdən xəbər verir.

 

 





15.02.2020    çap et  çap et