Almaniyanın Münhen şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Münhen təhlükəsizlik konfransı çərçivəsində görüş başlayıb.
APA-nın məlumatına görə bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev “twitter” səhifəsində bildirib.