525.Az

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib


 

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib<b style="color:red"></b>

Fevralın 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə bağlı MSK-ya daxil olan müraciətlərə baxılıb.

Seçki qanunvericiliyində nəzərdə tutulmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub. Komissiya seçkilərlə əlaqədar müxtəlif mənbələr üzrə başlatdığı geniş, hərtərəfli və şəffaf araşdırma prosesi istiqamətindəki qəti mövqeyini və qərarlılığını bir daha bildirərək, ictimaiyyət nümayəndələrini və kütləvi informasiya vasitələrini bu işdə yaxın əməkdaşlığa səsləyib.

Seçkilərin müşahidəsinə qatılan beynəlxalq təşkilatların və kütləvi informasiya informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

 





15.02.2020    çap et  çap et