525.Az

Bakıda “IP ORCHESTRA”nın ifasında rok musiqisi axşamı keçirilib


 

Bakıda “IP ORCHESTRA”nın ifasında rok musiqisi axşamı keçirilib<b style="color:red"></b>

Fevralın 15-də Heydər Əliyev Sarayının səhnəsində Sankt-Peterburqun “IP ORCHESTRA” simfonik orkestrinin çıxışı olub. İqor Ponomarenkonun dirijorluğu ilə keçən konsertdə “AcDc”, “Metallica”, “Nirvana”, “Aerosmith”, “Rammstein”, “Queen” kimi dünya şöhrətli qrupların repertuarlarından rok musiqisi hitləri səsləndirilib.


Bakı tamaşaçıları orkestrin çıxışını növbəti dəfə böyük maraqla qarşılayıb.

AZƏRTAC xəbər verir ki, bir sıra layihələr, xüsusən də məşhur “Barışnya-krestyanka” və “Strasti po Kaştanke” müziklləri tanınmış bəstəkar və dirijor İqor Ponomarenkonun adı ilə bağlıdır. O, “Ma.Qr.İq.Al” və “Terem-kvartet” kimi musiqi kollektivlərinin yaradıcısıdır. İ.Ponomarenko, həmçinin 2009-cu ildə “IP ORCHESTRA”nın əsasını qoyub.

 





15.02.2020    çap et  çap et