525.Az

Şəhid hərbi qulluqçumuz dəfn edilib - Yenilənib


 

Şəhid hərbi qulluqçumuz dəfn edilib - <b style="color:red"> Yenilənib</b>

Fevralın 15 Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhə xəttində atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn edilib.

APA-nın yerli bürosunun məlumatına görə, cəbhənin Beyləqan rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində həlak olan  Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu bu gün doğulduğu Gəncə şəhərində Şəhidlər xiyabanında dəfin edilib.

Qeyd edək ki, Seymur Ələsgərov ailəli olub, 9 aylıq bir oğlu var.

 

 





16.02.2020    çap et  çap et