525.Az

Yeddi il bağlı qalmış ağır cinayət (davamı)


 

Azərbaycan Prokurorluğu - 95

Yeddi il bağlı qalmış ağır cinayət<b style="color:red"> (davamı)</b>

yazıçı-publisist

"Tovuz rayon prokuroru Rəsul Həsənov Tovuz Rayon Prokurorluğunun sabiq böyük müstəntiqi, hazırda Zaqatala rayon prokurorunun müavini vəzifəsində işləyən Füzuli Musayev tərəfindən yüksək məharət peşəkarlıqla aparılan istintaq hərəkətləri nəticəsində 7 il bundan əvvəl -  12 yanvar 1992-ci il tarixdə Əli Məmmədovun qəsdən  öldürülməsi cinayətinin üstü açılmış, qətli törədən Fikrət Hüseynov Ali Məhkəmənin hökmü ilə uzun müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir".

Azərbaycan Respublikası Prokurorluğu Kollegiyasının 1999 - cu il 14 avqust tarixində keçirilmiş  geniş iclasında Baş Prokuror, II  dərəcəli dövlət  ədliyyə müşaviri Eldar Həsənovun məruzəsindən.

                                                

- Siz vətəndaşları narahat edən problemlərə toxundunuz. Yeri gəlmişkən,  rayon prokurorluğu vətəndaşlarla əlaqəni necə qurur?

- Vətəndaşların müraciətlərinə baxılması onların rayon prokurorluğunda qəbulu işinin daha da təkmilləşdirilməsi qarşımızda duran əsas vəzifələrdən biridir. Prokurorluq vətəndaşların müraciətlərinə daim diqqətlə yanaşmış onların həlli istiqamətində bütün imkanlarını səfərbər etmişdir. Vətəndaşlar vaxtından günündən asılı olmayaraq rayon prokurorluğunun rəhbərliyi tərəfindən qəbul edilir, onların müraciətlərinə diqqət qayğı ilə yanaşılır. Hesab edirik ki, bu bizim ən başlıca ümdə vəzifələrimizdən biridir. Fəaliyyətimizin əsas məqsədi isə vətəndaşların hüquq azadlıqlarının təmin edilməsidir.

Fürsətdən istifadə edib rayon ictimaiyyətinə çatdırmaq istərdim ki, hər bir vətəndaş onu narahat edən məsələlərlə bağlı prokurorluğa müraciət edə bilər. Əmin edirəm ki, bu müraciətə böyük diqqət qayğı ilə yanaşılacaqdır.

...Burada prokurorla söhbətimi dayandırıb, yeddi il bağlı qalmış ağır cinayətin uğurla aparılmış istintaqından bəhs edəcəyəm. Təbii ki, istintaq sirrinin qorunması şərti ilə....  

 

İCRAAT TƏZƏLƏNDİ, İSTİNTAQIN  TƏKƏRİ FIRLANDI    QATİLLƏRİ ÖZ ORBİTİNƏ ÇƏKDİ ...

 

... 1998 - ci il avqustun 24 - Qovlar qəsəbə sakini, vətəndaş Həsənova Arifə Mikayıl qızı Tovuz Rayon Prokurorluğuna ərizə ilə müraciət edərək əri Məmmədov Əli İslam oğlunun 1992 - ci il yanvarın 11 - qəsdən öldürülməsində Fikrət adlı şəxsdən şübhələndiyini bildirməsi barədə yazılı məlumat verdi.

Ertəsi gün - avqustun 25 - müraciətlə əlaqədar rayon prokuroru Rəsul Həsənov Adilə Həsənovanı qəbul etdi.

Prokurorun kabineti böyük deyildi. Mebeli sadə səliqəli idi. Stolun arxasında divar boyu kitab rəfi düzülmüşdü. Sanki kitablar prokurorun möhkəm arxası idi.

- Sizə məlum edim ki, - deyə prokuror dilləndi, - ilk baxışda əhəmiyyətsiz görünən təfərrüatları biz qədər çox bilsək, həqiqəti  o qədər tez aşkar edərik. Bu işdə bizə yardım etmək isə sizin xeyrinizədir.

Adilə Həsənova tələsə - tələsə, udquna - udquna danışdı, başına gələnləri söylədi:

- Ərim qətlə yetirilən gecəsi iki nəfər tanımadığım adam bizə gəlib həyətdə Əlini soruşaraq getmişdilər. Çöl zülmət qaranlıq olduğuna görə evdən bayıra  çıxmamışdım.  Ona görə onları görə bilməmişdim. Amma birinin səsi mənə elə bil ki, tanış gəlmişdi. Sanki harada isə eşitmişdim. Əlinin ölümündən sonra qonşum Cəfərin tanışı Gülçöhrənin oğlu Fikrət bizim evə tez - tez gəlib getməyə başladı. Hər dəfə ərimin ölümündən söhbət düşəndə o, özünü itirir, bədəni əsəbi halda titrəyirdi. Belə söhbətlərdən sonra o, bizə daha gəlmədi. Yaxınlarda öyrənmişəm ki, Fikrət cinayətkar adamlarla durub - oturur, onlarla əlaqədədir. Əlinin ölümü mənə ağır təsir etdiyinə görə o vaxt istintaqda heç nəyi xatırlaya bilməmişdim. İndi başa düşürəm ki, həmin gecə həyətə gəlib ərimi soruşanlardan biri - səsi mənə tanış gələn əvvəllər qonşuluqdan bələd olduğum Fikrət imiş. Ona görə Əlinin ölümündə onun məlumatı olması qənaətinə gəlmişəm... - Qadının sinəsində nəfəsi daralır, isə boğazında düyünlənir dolmuş gözlərində yaş işıldayırdı.       

Prokuror nəzakətlə susub şikayətçinin sözünü bircə dəfə kəsmədi, diqqətlə onun danışdığı ən xırda təfərrüatları belə dinlədi. Telefon dəstəyini götürüb bu işi lap yaxından araşdırmağı tapşırdı əlavə etdi:

- Nəticəsi haqqında mənə hökmən məlumat verərsiniz!

Rəsul Həsənovun göstərişi əsasında elə həmin gün müvafiq araşdırma aparıldı dərhal cinayət işinin icraatı təzələndi. `

İstintaq materialları öyrənilərkən müəyyən olundu ki, müstəntiq Ələkbər Rzayev Cinayət - Prosessual Məcəlləsinin 213 - (cinayəti etmiş şəxslər müəyyən olunmadığı halda ibtidai istintaqın dayandırılması) maddəsinin tələblərini əhəmiyyətli dərəcədə pozmuş, üzrə bütün mümkün olan istintaq hərəkətlərini aparmamış, cinayəti törətmiş şəxsin şəxslərin müəyyən olunması, cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər görməyə borclu olduğu halda bunu etməmiş, üçün mühüm əhəmiyyət kəsb edən bəzi xüsusatları araşdırmamış ibtidai istintaqın natamam, birtərəfli qeyri - obyektiv aparılması nəticəsində cinayət işinin icraatının dayandırılması haqqında əsassız qərar qəbul etmişdir. 

Bundan başqa müəyyən edildi ki, cinayət işi üzrə vətəndaşların müraciətlərinin həlli zamanı süründürməçilik formal yanaşma kimi qanunsuzluq hallarına yol verilmiş, aşkar edilmiş mənfi təzahürlərin kobud qanun pozuntularının aradan qaldırılması üçün rayon prokurorluğunun rəhbərliyi tərəfindən vaxtında lazımi tədbirlər görülməmişdir.

Yol verilmiş qanunsuzluq halları ciddi nöqsanlar sonda istintaqın keyfiyyətinin aşağı düşməsi, şəxsiyyət əleyhinə olan ağır cinayətin törədildiyi andan böyük əks - səda doğurmaqla rayon ictimaiyyətinin maraq dairəsində qalan Qovlar qəsəbə sakini Əli Məmmədovun xüsusi amansızlıqla qəsdən öldürülməsi cinayətinin uzun illər ərzində açılmamış qalması ilə nəticələnmişdir.   

Yuxarıda qeyd olunanlara əsasən Cinayət - Prosessual Məcəllənin 41 - 1 - ci (təhqiqat ibtidai istintaq orqanları tərəfindən qanunların icra edilməsinə nəzarətin həyata keçirilməsində prokurorun səlahiyyətləri) 146 - (ibtidai istintaq müddətləri) maddələrini rəhbər tutub prokuror Rəsul Həsənov ibtidai istintaqın dayandırılması barədə əsassız qərarı ləğv etdi. Cinayət işi üzrə icraat təzələnərək istintaqın davam etdirilməsi prokurorluğun böyük müstəntiqi Füzuli Musayevə həvalə edilməklə intensiv istintaq - əməliyyat tədbirlərinin icrasına başlandı. Uzun illər bağlı qalmış qətlin ən qısa müddətdə açılması istintaqın qarşısında qəti tələb kimi qoyuldu. 

Prokurorluq işçiləri icraatı dayandırılmış cinayət işinin istintaqının yenidən başlaması zamanı kimi hisslər keçirildiyini yaxşı bilirlər. Köhnə fərziyyələr yenidən yoxlanılmalı, başlanmış davam etdirilməli, istintaqda yeni - yeni istiqamətlər müəyyənləşdirilməlidir.

Böyük müstəntiq ifadələri, şahidlərin məlumatlarını, ekspertiza rəylərini diqqətlə oxudu. Ortaya yeni əhəmiyyətli sübutlar çıxmadı. İlk əməliyyat göstərişi verildi: - Fikrətin şəxsiyyəti aydınlaşdırılsın mərhum Əli Məmmədovun yaxın münasibətdə olduğu şəxslərin dairəsini  müəyyənləşdirmək üçün müvafiq zəruri tədbirlər aparılsın.

Böyük müstəntiq Füzuli Musayevin düzgün qurulmuş istintaq  fərziyyələri ətrafında, eyni zamanda qətl hadisəsinin bütün hallarının araşdırılması istiqamətində polis işçiləri dinamik əməliyyat planı ilə işləyir, ağır cinayəti açmağa ehtirasla can atırdılar. 

Aparılmış istintaq - əməliyyat tədbirləri nəticəsində vətəndaş Arifə Həsənovanın ərizəsində yazıb ərinin ölümündə şübhəli bildiyi Fikrət adlı şəxsin Tovuz şəhərində yaşayan Hüseynov Fikrət Oqtay oğlu olması müəyyən edildi.    

 

AMANSIZLIQLA  TÖRƏDİLMİŞ  QƏTLİN İZİ İLƏ...

 

Fikrət Hüseynovun ətrafında aparılmış əməliyyat tədbirləri göstərdi ki, o, heç bir faydalı əməklə məşğul olmur, işsizdir, günlərini boş - bekar keçirir, əməlləri şübhə doğuran naməlum şəxslərlə oturub - durur, bir sözlə tüfeyli həyat tərzi sürür. Həmçinin istintaqa o da məlum oldu ki,  Fikrət Hüseynovun məhkumluğu da var o, Qazax qarnizonu hərbi tribunalının 1994 - il 15 dekabr tarixli hökmü ilə Cinayət Məcəlləsinin 83 -   (dövlət əmlakını ya ictimai əmlakı oğurlama yolu ilə talama) maddəsinin 3 - hissəsi 143 - (oğurluq) maddəsinin 3 - hissəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilibdi.

Onun törədilmiş cinayətlə əlaqəsinin olub - olmaması istiqamətində istintaq - əməliyyat tədbirləri davam etdirildi.

Zərərçəkmiş şahid ifadələri, ekspertiza rəyləri, işdə olan digər istintaq sənədləri mərhum Əli Məmmədovun öldürülməsində iştirakını ehtimal etməyə əsas verdiyinə görə onun tezliklə saxlanılması üçün bir daha bütün hallar, mümkün mülahizələr diqqətlə təhlil olundu rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ağır qətli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fikrət Hüseynov sentyabrın 4 - tutularaq istintaqa təhvil verildi. 

Fikrət Hüseynov üzrə ətraflı dindirmənin ilk günlərindən təbiidir ki, özünü qeyri - səmimi apararaq hər şeyi inkar edir, heç nəyi boynuna almır, müxtəlif bəhanələr gətirir, cürbəcür yalanlar uydururdu. Axı, hansı cinayətkar öz əməllərindən həvəslə danışar? Müstəntiqin həm vəzifəsi, həm məharəti ondadır ki, tutarlı dəlillərlə, möhkəm sübutlarla yalanı doğrudan fərqləndirsin, həqiqəti üzə çıxarsın, cinayət törədilməsinin səbəblərini, şəraitini dəqiq müəyyən etsin. Belə oldu! Təkzibolunmaz dəlillərin, Arifə Həsənovanın ifadələrinin qarşısında tab gətirə bilmədi. Hər şeyi danışmağa, düzgün ifadə verməyə başladı. Qətlin törədildiyi ərazidə yeddi ildən sonra video çəkilişi, eyni zamanda öyrənilən hadisənin müəyyən şəraiti yenidən yaradılıb təcrübə aparılmaqla istintaq eksperimenti keçirildi, digər zəruri ekspertiza təyin olundu üzləşdirmə hərəkətləri aparıldı. İstintaq zamanı Fikrət Hüseynovun qanunvericiliklə təsbit olunan hüquqi yardım almaq, müdafiəçiyə malik olmaq, ifadə verməkdən, istintaq hərəkətində iştirakdan imtina etmək hüquqları tam təmin olundu, bütün prosessual hərəkətlər müdafiəçisinin iştirakı ilə həyata keçirildi.  O, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti səmimi olaraq tam etiraf etdi peşmançılıq çəkdiyini bildirdi.

Beləliklə on sutka keçdikdən sonra cinayətin onun tərəfindən törədilməsini təsdiq edən kifayət qədər sübutlar toplanaraq Fikrət Hüseynovun əməli Cinayət Məcəlləsinin 94 - (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsinin 1 - ci 6 - bəndlərinə tövsif edilməklə, ona yeni məzmunda ittiham elan olundu rayon prokuroru, baş ədliyyə müşaviri Rəsul Həsənovun sanksiyası ilə barəsində həbs-qətimkan tədbiri seçildi.

İntensiv istintaq gedir, cinayət işinin hallarının tam, hərtərəfli obyektiv araşdırılması istiqamətində zəruri tədbirlər görülür, ortaya yeni - yeni xüsusatlar çıxırdı. 

İş üzrə bir sıra istintaq hərəkətlərini səmərəli, keyfiyyətli   peşəkarlıq səviyyəsində icra etmiş Füzuli Musayev Respublikanın Baş Prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Eldar Həsənovun müvafiq əmri ilə Zaqatala rayon prokurorunun müavini vəzifəsinə dəyişildiyi üçün prokuror  Rəsul Həsənov cinayət işi üzrə tam həcmdə istintaqın aparılmasını sonucu dəfə 1999 - cu il yanvarın 12 - şəxsən öz icraatına qəbul etdi.

Peşəkar, təcrübəli istintaqçılar üçün Fikrət Hüseynovun etirafı, Əli Məmmədovu həqiqətən öldürdüyünü boynuna alması çox mühüm xüsusat olsa da, lakin kifayət deyildi. Prokuror daxili inam hissi ilə duyurdu ki, Fikrət Hüseynov xüsusi amansızlıqla həyata keçirilmiş ağır cinayəti tək başına törətməyib, bu işdə ona yaxından kömək edənlər olubdu...

Rəsul Həsənov məşum yanvar gecəsində baş vermiş qanlı hadisədə cinayətin Fikrət tərəfindən tək ya başqa şəxslərlə birlikdə törədilməsi, eyni zamanda üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması yönümündə istintaq hərəkətlərini davam etdirir, ağır zəhmət bahasına çalışırdı.

Zahiri ötkəmliyinə baxmayaraq, Fikrət Hüseynovun artıq tam təslim olduğu göz qabağında idi - çiyinləri yığılmış, ağzının kənarları büzüşmüş, burnu uzanmış, gözləri çuxura düşmüş, parıltısını itirmişdi.

O, istintaq sübutları ilə ifşa olunduğunu görüb digər cinayətkar yoldaşlarının da adlarını çəkib bildirdi ki, məhz məktəb yoldaşı Məhərrəmov Qasım Rafət oğlu tanışı, Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşı Vəlixanov Arif Tapdıq oğlu ilə birlikdə taksi fəaliyyəti ilə məşğul olan Əli Məmmədovu sonuncuya məxsus avtomaşına əyləşərək qəsəbədən kənar naməlum  yerdə tamah məqsədilə ağırlaşdırıcı halda qəsdən öldürmüşlər.

Törətdiyi qətli yenidən xatırlayıb hər şeyi yerli - yerində danışdıqca qanlı axşam onun təsəvvüründə belə bir şəkildə canlanmağa başlayırdı....

(Ardı var)

 

 





21.11.2013    çap et  çap et