525.Az

Cavad Cahangirzadə: "İran ilə Azərbaycan dost və qardaş ölkələrdir"


 

Cavad Cahangirzadə: "İran ilə Azərbaycan dost və qardaş ölkələrdir"<b style="color:red"></b>

İran ilə Azərbaycan yaxın qonşu, dost və qardaş ölkələrdir və bizim əlaqələrimiz səmimi xarakter daşıyır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. O bildirib ki, hər iki dövlətin başçısı siyasi iradə nümayiş etdirərək əlaqələrin inkişafı üçün böyük zəmin yaradıblar. Bu gün dövlətlərimiz arasındakı iqtisadi, siyasi, mədəni və turizm əlaqələri məhz dövlət başçılarının yaratdığı zəmin üzərində inkişaf edir.

Səfir nəzərə çatdırıb ki, bu gün iqtisadi sahədə birgə layihələr həyata keçirilir. Azərbaycanda Neftçala avtomobil zavodu buna misal ola bilər. Bakıda əczaçılıq zavodunun tikintisi və Ərdəbil vilayətində birgə sənaye şəhərciyinin salınması barədə razılığın əldə edilməsi də iqtisadi əməkdaşlığın daha da inkişafına təkan verəcək. Bu, qeyri-neft sektorunun inkişafı və xalqların maraqları naminə həyata keçirilir.

Diplomat turizm əlaqələrinin daha da inkişaf etdirilməsinin zəruriliyindən danışaraq bildirib ki, qarşılıqlı səfərlər xalqların bir-birini daha yaxından tanımasına imkan yaradır. Bununla yanaşı, turizm sənayesi iqtisadi səmərəlilik baxımından da sərfəlidir: “Azərbaycan öz təbiəti, mətbəxi, tarixi abidələri ilə turistləri cəlb edir. İran da böyük turizm potensialına malikdir. İsfahan, Şiraz kimi tarixi şəhərləri ziyarət etmək istəyən azərbaycanlı turistlər İranın turizm şirkətləri vasitəsilə istəklərini həyata keçirə bilərlər. Turizm sahəsində çalışan iş adamlarının birgə konfranslar, simpoziumlar keçirməsi bu sahənin inkişafına əməli töhfə verəcək”.

 





16.02.2020    çap et  çap et