525.Az

Ülvi Mehdiyev “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb


 

Ülvi Mehdiyev “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Masallı rayonunda “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) Proqramının iştirakçıları ilə görüşüb.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Ülvi Mehdiyev agentliyin daima gənclərin inkişafına dəstəyini qeyd edib, ASAN könüllülərinin bu sahədə keçirdiyi layihələr və proqramlar haqqında danışıb. Agentliyin sədri, həmçinin öz peşəkar fəaliyyəti haqqında iştirakçılara məlumat verib, gənc liderləri maraqlandıran müraciətləri, ideya və təklifləri dinləyib.

Səfər çərçivəsində gənc liderlər Masallı “ASAN Həyat” kompleksi ilə tanış olub, agentliyin əməkdaşları tərəfindən "ASAN xidmət" və ASAN könüllülərinin fəaliyyəti ilə bağlı təqdimatda da iştirak ediblər.

 





17.02.2020    çap et  çap et