525.Az

İran XİN Azərbaycanı təbrik edib


 

İran XİN Azərbaycanı təbrik edib<b style="color:red"></b>

İran İslam Respublikası Azərbaycanda növbədənkənar parlament seçkilərinin uğurlu keçirilməsi münasibəti ilə Azərbaycan dövlətini və xalqını təbrik edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Abbas Musəvi deyib.

A. Musəvi ümidvar olduğunu bildirib ki, iki ölkə arasındakı münasibətlər bundan sonra daha da inkişaf edəcək.

 





17.02.2020    çap et  çap et