525.Az

USAID Azərbaycanda bir neçə layihəni maliyyələşdirəcək


 

USAID Azərbaycanda bir neçə layihəni maliyyələşdirəcək<b style="color:red"></b>

Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı  Agentliyi (KOBİA) Azərbaycanda Biznes və Peşəkar Assosiasiyalara Dəstək adlı yeni təşəbbüsün başlanğıcını qeyd etmək məqsədilə Bakıda tərəfdaşlıq sammiti keçiriblər.

"APA-Economics"in verdiyi xəbərə görə, yüzdən çox özəl sektor, biznes assosiasiyaları, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar və Azərbaycan hökumət nümayəndələri sammitdə iştirak ediblər.

Kiçik va Orta Biznesin inkişaf Agentliyinin sədri Orxan Məmmədov, USAID-in Azərbaycandakı missiya direktoru Cey Sinqx və Azərbaycanda tədbirin açılışında çıxış ediblər. Sammitdə Azərbaycan, Türkiyə, Özbəkistan və ABŞ-dan olan yerli və beynəlxalq mütəxəssislər dünyada biznes və peşəkar assosiasiyaların modelləri və onların əhəmiyyəti barədə çıxış ediblər. Assosiasiyalara Dəstək adlı təşəbbüs çərçivəsində USAID-lə çalışmaqda maraqlı olan yerli tərəfdaşlar üçün növbəti addımlar və prosedurlar barədə danışıblar.

 





18.02.2020    çap et  çap et