525.Az

Nazirlik: "Aqrolizinq"də qeydə alınan pozuntular 2018-ci ilədək olan dövrü əhatə edir"


 

Nazirlik: "Aqrolizinq"də qeydə alınan pozuntular 2018-ci ilədək olan dövrü əhatə edir"<b style="color:red"></b>

“Aqrolizinq” ASC-də yoxlamalar təkcə Maliyyə Nazirliyi tərəfindən aparılmayıb. Belə ki, həmçinin son bir ildə iki beynəlxalq şirkət tərəfindən audit və qiymətləndirmə də keçirilib.

Bunu “APA-Economics”ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

O bildirib ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalar zamanı qeydə alınan pozuntular 2018-ci ilədək olan dövrü əhatə edir: “Aqrolizinq ASC” 2019-cu ilin yanvarından etibarən kənd təsərrüfatı texnikası və damazlıq heyvanların alqı-satqısı ilə məşğul olmur”.

 





18.02.2020    çap et  çap et