525.Az

Milli Məclisin deputatı ATƏT PA-nın qış sessiyasında iştirak edəcək


 

Milli Məclisin deputatı ATƏT PA-nın qış sessiyasında iştirak edəcək<b style="color:red"></b>

Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili qurumun qış sessiyasında iştirak edəcək.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, o, fevralın 19-dan 22-dək Avstriyanın Vyana şəhərində səfərdə olacaq. 

Sessiya çərçivəsində ATƏT PA sədrinin, Baş katibinin hesabatları dinləniləcək, komitə iclaslarında “Uzadılmış münaqişələrin həll edilməsində ATƏT-in alət və mexanizmləri”, “İqlim dəyişikliyinin təhlükəsizliyə təsirləri və bu sahədə parlamentarilərin rolu”, “ATƏT regionunda antisemitizm, ayrıseçkilik və dözümsüzlüklə mübarizə” və digər mövzularda fikir mübadiləsi aparılacaq. 

 





18.02.2020    çap et  çap et