525.Az

Azərbaycanda qızıl emalçıları assosiasiyası yaradılır


 

Azərbaycanda qızıl emalçıları assosiasiyası yaradılır<b style="color:red"></b>

Azərbaycanda yaxın vaxtlarda qızıl emalçıları assosiasiyası yaradılacaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, Agentlik bu məsələ ilə bağlı müxtəlif sahibkarlarla görüş keçirib və assosiasiyanın qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunub.

"Yaxın iki həftə ərzində assosiasiya qeydiyyatdan keçəcək. Bu əlamətdar bir hadisə olacaq, çünki qurum dövlət orqanları və sahibkarlar arasında körpü rolunu oynayacaq", - deyə O. Məmmədov qeyd edib.

 

 





18.02.2020    çap et  çap et