525.Az

Kürdəmir-Zərdab yolunun yenidən qurulması bu ilin sonunadək bitəcək


 

Kürdəmir-Zərdab yolunun yenidən qurulması bu ilin sonunadək bitəcək<b style="color:red"></b>

Respublika əhəmiyyətli Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun 53-cü km-dən ayrılan Zərdab avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə işlər davam etdirilir.

Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya bildirilib ki, 42 km uzunluğa malik olan avtomobil yolu uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən asfalt-beton örtüyündə aşınmalar, tor şəkilli çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlmişdi. Bu problemlərin aradan qaldırılması üçün ölkə başçısının imzaladığı sərəncamdan dərhal sonra, yolun yenidən qurulmasına  agentlik tərəfindən kifayət qədər texnika cəlb olunmaqla işlərə başlanıldı və hazırda bu çərçivədə sürətlə və keyfiyyətlə yenidənqurma işləri davam etdirilir.

35 min nəfər əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən Zərdab avtomobil yolunda aparılan torpaq işləri yekunlaşmaq üzrədir. Yol boyu yeni yol yatağı inşa edilib. Bunun üçün yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Bunun ardınca layihədə nəzərdə tutulmuş qarışıq və qalınlıqda yol əsasının işlənilməsi işlərinə də başlanılıb.

 





18.02.2020    çap et  çap et