525.Az

Beynəlxalq konfransda azərbaycanlı alimlərin məruzələri dinlənilib


 

Beynəlxalq konfransda azərbaycanlı alimlərin məruzələri dinlənilib<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Fiziologiya şöbəsinin baş elmi işçisi, biologiya üzrə elmlər doktoru Afət Məmmədova və Texnologiya şöbəsinin böyük elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Gülşən Poladova İspaniyada elmi ezamiyyətdə olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Avropa və Amerikanın aparıcı elmi mərkəzlərinin alim və mütəxəssislərinin iştirakı ilə Mariya Kristina Kral Universitetində keçirilən konfransda azərbaycanlı alimlərin məruzələri dinlənilib. Konfransda DNT markerlər, yeni nəsil molekulyar-genetik üsulların tətbiqi və istifadəsi barədə müzakirələr aparılıb.

Sonda İspaniya kralı II Filippin inşa etdirdiyi orta əsrlər qəsrinə səyahət təşkil edilib və iştirakçılar buradakı memarlıq və rəssamlıq sənətinin nadir nümunələri ilə tanış olublar.

 





18.02.2020    çap et  çap et