525.Az

Moskvada İdliblə bağlı Rusiya və Türkiyə arasında görüş başa çatıb


 

Moskvada İdliblə bağlı Rusiya və Türkiyə arasında görüş başa çatıb<b style="color:red"></b>

Moskvada İdliblə bağlı Rusiya və Türkiyə nümayəndə heyətləri arasında keçirilən görüş başa çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə “Sputnik Türkiyə” məlumat yayıb.

Görüşdən sonra Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Moskvada İdliblə bağlı aparılan danışıqlar haqda danışıb. O bildirib ki, qarşılıqlı şəkildə atəşkəsin bərpa edilməsi, Soçi razılaşmasına əməl edilməsi və digər məsələlər müzakirə edilib.

“Moskvada aparılan danışıqlarda nəticə əldə olunmasa, qarşıdakı günlərdə liderlər səviyyəsində görüşlər keçirilə bilər”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

 





18.02.2020    çap et  çap et