525.Az

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yeni rəis müavini təyin edilib


 

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yeni rəis müavini təyin edilib<b style="color:red"></b>

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi, baş ədliyyə müşaviri Məmmədov Heydər Vidadi oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

APA-nın məlumatına görə, bu barədə Baş Prokurorluğun veb saytının müvafiq bölməsində məlumatlar yenilənib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, Baş İdarənin Rəis Müavini vəzifəsində daha əvvəl baş ədliyyə müşaviri Orxan İsayev çalışıb. O, Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsinə təyin olunub.

 





18.02.2020    çap et  çap et