Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında daha bir seçki dairəsi üzrə daxil olmuş müraciətlərə baxılıb.
AZƏRTAC xəbər verir ki, müzakirələrin nəticəsi olaraq 108 saylı Ağstafa seçki dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyasına göndərilməsinə qərar verilib.