525.Az

Bir müddət əvvəl itkin düşmüş əsgərimizin meyiti neytral ərazidən götürülüb


 

Bir müddət əvvəl itkin düşmüş əsgərimizin meyiti neytral ərazidən götürülüb<b style="color:red"></b>

Azərbaycan Silahlı Qüvvələrinin bir müddət əvvəl itkin düşmüş əsgərinin meyiti neytral ərazidən götürülüb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə BQXK Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ordusunun hərbçisi Akif Elşən oğlu Abbasov itkin düşüb. İtkin düşən hərbçinin meyiti bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb.

 





20.02.2020    çap et  çap et